Ötən il İranda 15 yeni neft və təbii qaz yatağı kəşf edilib

Ötən il İranda 15 yeni neft və təbii qaz yatağı kəşf edilib
# 18 aprel 2013 12:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda 2012-ci ildə 15 yeni neft və təbii qaz yatağı kəşf edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Milli Neft Şirkəti Araşdırma Mərkəzinin rəhbəri Hörmüz Kalavənd bildirib.

Onun sözlərinə görə, ötənilki araşdırmalar ən çox sərhəd bölgələrində aparılıb: “Bu il isə daha çox quraq bölgələrdə, eyni zamanda Fars körfəzində yeni axtarışların aparılmasına başlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR