Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad sakini intihar edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonu Əsədli kənd sakini, 1980-ci il təvəllüdlü İmanov Rafayıl Tarverdi oğlu özünü əkin sahəsində ağacdan asaraq intihar edib.
İntiharın baş vermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.