Azərbaycanda subsidiyaların verilməsi qaydaları sadələşdirilir

Azərbaycanda subsidiyaların verilməsi qaydaları sadələşdirilir
# 06 noyabr 2014 11:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Subsidiyaların ünvanına çatdırılması üçün onun verilməsi qaydaları sadələşdiriləcək.

APA-Economics”in məlumatına görə, bunu “Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Millət vəkili bildirib ki, yaxın 3 il ərzində aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “Elektron kənd təsərrüfatı informasiya sistemi”nin yaradılması nəzərdə tutulub.

“Azərbaycan MDB məkanında subsidiya verən yeganə ölkədir, subsidiyalar 2007-ci ildən verilir. Amma kənd təsərrüfatı mülkiyyətçilərinin bir hissəsi vəsaitin ünvanına çatmamasından narazıdır. Ötən dövrdə bu sahədə, xüsusilə də kənd təsərrüfatı mülkiyyətçilərinə subsidiyaların, texnika və mineral gübrələrin verilməsində bir sıra xoşagəlməz, neqativ halların baş verməsi müasir İKT əsasında nəzarət sisteminin yaradılmasını, elektron idarəetmənin tətbiqini zəruri edir. Bu məsələlər dövlət başçısını da narahat etdiyindən bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib. İlk növbədə, subsidiyaların ünvanına çatdırılması üçün onun verilməsi qaydaları sadələşdiriləcək”, -deyə E. İbrahimov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR