Nəsiman Yaqublu: “Rəis Rəsulzadə bu ayın sonlarında Bakıya qayıdacaq” - FOTO

Nəsiman Yaqublu: “Rəis Rəsulzadə bu ayın sonlarında Bakıya qayıdacaq” - <span style="color: red;">FOTO
# 25 iyul 2014 07:18 (UTC +04:00)

N. Yaqublu APA-ya bildirib ki, R. Rəsulzadə ağır əməliyyat olunub, hazırda vəziyyəti yaxşılaşmaq üzrədir: “Almaniyadakı müalicəsi artıq başa çatır. Bu ayın sonlarında Bakıya qayıdacaq. Prezident Administrasiyasının əməkdaşlarına bu şəraiti yaratdıqlarına görə təşəkkür edirəm. Ancaq ildə iki dəfə yenidən Almaniyaya gedib həkimlərin müayinəsindən keçməlidir. İnanıram ki, ölkə rəhbərliyi onun müalicəsinin davam etdirilməsini də diqqətdə saxlayacaq. Rəis bəy hazırda Berlinin mərkəzinə yaxın yerdə mehmanxana şəraitində yaşayır. Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları onunla maraqlanır, xəstəxanaya gedib-gəlməsini təmin edirlər. Bizim hamımızın arzusu Rəis bəyin müalicəsinin uğurla başa çatması və Azərbaycana qayıdıb bizimlə birgə olmasıdır”.

N. Yaqublu R. Rəsulzadə ilə birlikdə şəhər gəzintisinə çıxdıqlarını da deyib: “Berlində onun babasının - Məhəmməd Əmin Rəsulzadənin fəaliyyət göstərdiyi çox yer var. Berlində Çarlettenburq bölgəsində 1932-ci ildə “İstiqlal” qəzeti, 1934-cü ildə “Qurtuluş” jurnalı çıxıb. Rəsulzadə 1942-ci ildə indi də Berlində məşhur olan “Adlon” mehmanxanasındakı məşhur toplantıda iştirak edib”.

Qeyd edək ki, R. Rəsulzadə prezident İlham Əliyevin göstərişi ilə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

O, əməliyyat edilib və müalicə olunur. Əməliyyat və bütün müalicə xərclərini Azərbaycan dövləti üzərinə götürüb.

Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssamdır. O, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR