“Turan” klubunun sabiq baş məşqçisi vəfat edib

“Turan” klubunun sabiq baş məşqçisi vəfat edib
# 12 oktyabr 2015 06:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan futboluna itki üz verib. Apasport.az saytının məlumatına görə, yığmamızın sabiq müdafiəçisi Sakit Alıyev 49 yaşında vəfat edib.

Tovuz futbolunun yetirməsi, bu şəhərin “Turan” klubunun sabiq futbolçusu və baş məşqçisi uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Bu komanda ilə ölkə çempionu, iki dəfə çempionatın bürünc mükafatçısı olan Alıyev bu gün doğulduğu Tovuzda torpağa tapşırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR