Saatlıda avtomobil kanala aşıb, ölən var - FOTO

Saatlıda avtomobil kanala aşıb, ölən var - <span style="color: red;">FOTO
# 18 mart 2015 07:11 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda avtomobil kanala aşıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 9.00 radələrində Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb. İmişli rayonunun Rəsullu kənd sakini, 1981-ci il təvəllüdlü Fərəcov Nizam Alim oğlu idarə etdiyi “KİA Cerato” markalı, 99 BF 664 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yoldan çıxararaq kanala aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR