Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko: «Vergi güzəştləri əbədi olmamalıdır"

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko: «Vergi güzəştləri əbədi olmamalıdır"
# 08 fevral 2013 10:52 (UTC +04:00)

«APA-Economics»tin məlumatına görə, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko Bakıda keçirilən beynəlxalq vergi forumunda bildirib: «Vergidən azad olmalar və vergi imtiyazlarının tətbiqindən danışırıqsa, bəli, müəyyən dövrlərdə, iqtisadiyyatın bəzi sahələrində bu kimi güzəştlər tətbiq edilməlidir. Amma onlar əbədi olmamalıdır. Əks təqdirdə, bu güzəştlər iqtisadiyyatın özünü pozacaq. İqtisadi sistemin inkişafını ləngidəcək. Ona görə də, məncə, belə güzəştlərlə bağlı strategiya olmalı, güzəştlərin hansı nəticəyə gətirib çıxaracağı ciddi təhlil olunmalı və vergidən azadolma ilə bağlı qərar verildikdə iqtisadiyyata ciddi mesajlar göndərilməlidir. Bu mesajlarda vergidən azad olmanın nəyə qulluq etməsi sualına cavab olmalıdır».


Dünya Bankının nümayəndəsi vergi orqanları ilə vergi ödəyiciləri arasında əməkdaşlığın genişləndirilməsini də vacib məsələ sayır. Onun sözlərinə görə, Azərbaycanda bu sahələrdə daha yaxşı və möhkəm nəticələr müşahidə olunur. Bank rəsmisi vergi sisteminin işini yüksək qiymətləndirib: «Vergi sistemi Azərbaycanda fərqlənmə və uğur adalarından biridir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR