Lənkəranda ev yanıb

Lənkəranda ev yanıb
# 05 oktyabr 2015 11:23 (UTC +04:00)

Bakı-APA. Lənkəran rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Tütəpeştə kəndində (rayon mərkəzindən 12 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan 2 mərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı 6 ton ot bağlaması və tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR