Oğuzda maşını ağaca çırpılan sürücü ölüb

Oğuzda maşını ağaca çırpılan sürücü ölüb
# 16 oktyabr 2014 07:01 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayon mərkəzindən Bayan kəndinə gedən yolda qeydə alınıb.

Rayonun Dəymədağlı kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Eyvaz oğlu Hüseynov idarə etdiyi “Changan” markalı 99 AF 711 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində Arzu Hüseynov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR