Bakıda restoranda kütləvi dava olub, xəsarət alanlar var

Bakıda restoranda kütləvi dava olub, xəsarət alanlar var
# 08 aprel 2013 08:36 (UTC +04:00)

Bakı. Fuad. Cəfərov -APA. Bakıda kütləvi dava baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 7-si Senyuşkin küçəsində yerləşən restoranda Bakı şəhər sakini Əziz Fərhadov bıçaq xəsarətləri, qardaşı Tural və Fuad Cəbiyev isə kələ-beyin xəsarətləri alıblar. Onlar Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri - Eldəniz Quliyev, qardaşı İntiqam, Məmməd Quliyev və Namiq Quliyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR