2026-cı ilin sonuna Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 milyard 497,6 milyon manat məbləğində gözlənilir.
"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,1 faiz olacaq.
Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2026-cı ildə proqnozlaşdırılan 18,8 faizə qarşı mövcud gözləntilər əsasında ilin sonuna 17,5 faiz səviyyəsində olacağı gözlənilir.