Bank Of Baku

Şabranda 125 hektar qamışlıq sahə yanıb - FOTO

Şabranda 125 hektar qamışlıq sahə yanıb - FOTO
# 28 aprel 2019 11:41 (UTC +04:00)

Şabran rayonunda yanğın hadisəsi baş verib. 

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, 125 hektar ərazidə qamışlıq sahə yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.  Bir neçə saat davam edən alovun qarşısını gecə saatlarında almaq mümkün olub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. 

Yanğının səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR