Bakıda “Azərbaycan rəssamlarının foto portretləri” adlı sərgi açılıb - FOTOSESSİYA

Bakıda “Azərbaycan rəssamlarının foto portretləri” adlı sərgi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2014 16:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V. Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər Birliklərinin üzvü Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının foto portretləri” adlı sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, sərgidə ilk dəfə respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünasların portretləri nümayiş olunub.


Xalq rəssamı Arif Hüseynov bildirib ki, sərgidə Ş. Nəzirlinin 55 əsəri nümayiş olunur: "Adətən sərgilərdə rəssamların yaratdığı əsərlər nümayiş olunur. Amma bu dəfə vəziyyət fərqlidir. Bu sərgidə bizim istedadlı rəssamlarımızın fotoportretlərini görə biləcəksiniz".


Sərginin müəllifi Ş. Nəzirli qeyd edib ki, layihə aprel ayında başlayıb və noyabrda başa çatıb: "Sərginin təşkilində Rəssamlar İttifaqının böyük dəstəyini hiss etdim. Onlar sərginin açılışında köməklik göstərdilər. Sərgi 10 gün davam edəcək. On gündən sonra rəssamlar portretlərini özləri ilə apara bilərlər".


Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Nazim İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev və başqaları sərgi haqqında öz fikirlərini bildiriblər.


Sərginin açılışında həmçinin Ş. Nəzərlinin son illər çapdan çıxmış iki kitabının, sənətşünas Ziyadxan Əliyevin tərtib etdiyi, rəssamların həyat və yaradıcılığını, onların başına gələn maraqlı əhvalatları özündə əks etdirən kitabın təqdimatı olub.

Qeyd edək ki, bu qəbildən olan sərgi Rəssamlar İttifaqının tarixində ilk dəfə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR