ABŞ-da FBİ-ın avtomobilindən silah oğurlanıb

ABŞ-da FBİ-ın avtomobilindən silah oğurlanıb
# 12 iyul 2016 08:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın paytaxtı Vaşinqtonda naməlum şəxs Federal Təhqiqatlar Bürosunun (FBİ) avtomobilindən iki ədəd odlu silah oğurlayıb.

APA-nın "The Washington Post" nəşrinə istinadən verdiyi xəbərə görə, insident səhər saatlarında baş verib. Bildirilir ki, xüsusi xidmət əməkdaşlarına məxsus silahlar avtomobilin salonunda, qutuda yerləşdirilibmiş. Naməlum şəxs avtomobilin arxa pəncərəsini sındırmaqla, silahları ələ keçirib.

Hadisə ilə bağlı müşahidə kameralarındakı görüntülərin öyrənilməsinə başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR