San Marino Respublikasının xarici işlər üzrə dövlət Katibi Nikola Renzi 2-3 may tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
XİN-dən APA-ya bildirilib ki, səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.