Şəmkirdə avtomobil qatarla toqquşub, sürücü ölüb

Şəmkirdə avtomobil qatarla toqquşub, sürücü ölüb
# 22 noyabr 2014 11:17 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Rayonun Zəyəm qəsəbə sakini, 1988-ci il təvəllüdlü Bayramov Sənan Rəhim oğlu idarə etdiyi “VAZ2109” markalı avtomobillə dəmir yol xəttini keçmək istəyərkən hərəkətdə olan teplovozla toqquşub. Qəza zamanı S. Bayramov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR