Bank Of Baku

Bakı sakinindən tapança, Sabirabad sakinindən tüfəng götürülüb

Bakı sakinindən tapança, Sabirabad sakinindən tüfəng götürülüb
# 26 aprel 2018 12:01 (UTC +04:00)

Vətəndaşlardan silah-sursat götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Vaqif Alxasovdan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və 8 ədəd 5,6 kalibirli patron götürülüb.
 

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şəhriyar kənd sakini Bəhlul Fərəcovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng müsadirə olunub.
 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR