Rusiyanın energetika naziri: “Ukrayna ilə qaz müqaviləsini bu gün imzalamaq istəyirik”

Rusiyanın energetika naziri: “Ukrayna ilə qaz müqaviləsini bu gün imzalamaq istəyirik”
# 29 oktyabr 2014 16:41 (UTC +04:00)

Bakı – APA. Rusiya Ukrayna ilə təbii qazın nəqlinə dair sazişi bu gün imzalamaq niyyətindədir.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Hər şey danışıqlardan asılıdır. Biz əvvəlki kimi anlaşma əldə etmək və lazımi sənədləri imzalamaq istəyirik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə üştərəfli görüş keçiriləcək. Görüşdə qış aylarında Rusiya qazının Ukraynaya nəqlinin şərtləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR