Azərbaycanda dörd bələdiyyənin üzvlüyünə namizədlər irəli sürülməyib

Azərbaycanda dörd bələdiyyənin üzvlüyünə namizədlər irəli sürülməyib
# 14 noyabr 2014 13:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1603 bələdiyyəyə 24 711 nəfərin namizədliyi irəli sürülüb.


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.


M.Pənahov bildirib ki, hələ 4 bələdiyyədən namizədlər irəli sürülməyib. İndiyədək 20 923 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 14 820 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. 7 partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Namizədliyi irəli sürülənlərin 16 893 nəfərin partiya mənsubiyyəti var. Bu günə qədər 10 281 nəfərin namizədliyi qeydə alınıb.


M.Pənahov qeyd edib ki, həmin şəxslər istəyərlərsə, seçki bülletenlərində onların partiya mənsubiyyətləri qeyd oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR