Bu il Azərbaycanda qeydiyyatdan keçməyən 206 radioelektron vasitə aşkarlanıb

Bu il Azərbaycanda qeydiyyatdan keçməyən 206 radioelektron vasitə aşkarlanıb
# 01 may 2013 14:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə (DRİ) daxil olmuş göstəriş və müraciətlərə əsasən 240 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.


«APA-Economics»in DRİ-yə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 206 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün isə müvafiq tədbirlər görülür.


Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 27 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR