Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb.
APA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, regionların dövlət büdcəsindən asılılığı daha da azalıb: “Gələn il Naxçıvana 198 milyon manat dotasiya ayrılacaq ki, bu da cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4 faiz azdır”.