Nəqliyyat Nazirliyi: Parkomatlar nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edir - VİDEO

Nəqliyyat Nazirliyi: Parkomatlar nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edir - <span style="color: red;">VİDEO
# 13 noyabr 2014 09:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödəniş həyata keçirilən parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir. Bu qurğular nəqliyyatın hərəkətini mümkünsüz edir”.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Onun sözlərinə görə, əsas çətinlik avtobuslar üçün nəzərdə tutulan cibliklərlə bağlıdır: “Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir”.

Ə. Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub. O, deyib ki, yaxın zamanda Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyinin müvafiq qurumu və Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirələr aparılacaq.

Paytaxtda parklanma aparılması üçün nəzərdə tutulmuş ərazilərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunduğunu deyən rəis müavini bildirib ki, avtobus dayanacağı ilə qurğruların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub.

Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR