Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub
# 26 sentyabr 2014 15:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə sentyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s olmaqla, ongünlük normanın 136 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 25, Salyanda 12, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Surrada isə suyun səviyyəsində 13 sm azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR