Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb - FOTOSESSİYA

Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” adlı sərgi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 17 sentyabr 2014 21:28 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, sərginin rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-ın rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan və digər rəsmi şəxslər, səfirliyin təmsilçiləri, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.

Sərgidə Azərbaycan Respublikasınn Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanılıb. Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.

Rəsmi açılışda iştirak edən Türkiyə parlamentinin sədri Cəmil Çiçək sərginin “xatirə kitabı”nda Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb. Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfrans keçiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR