Bu həftə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Bu həftə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək
# 01 aprel 2013 09:19 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Aprelin 5-də Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. MDB İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, XİN rəhbərləri beynəlxalq siyasət sahəsində inteqrasiya olunmuş qarşılıqlı fəaliyyətə dair bir sıra məsələləri müzakirə edəcəklər. İclasda humanitar, təhlükəsizliyin təminatı və digər sahələrdə dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra layihələr nəzərdən keçiriləcək.

Tərəflər ali məktəblərin diplomlarının qarışlıqlı tanınması haqqında saziş layihəsini, bədən tərbiyəsi və idmanın inkişafı strategiyasının reallaşdırılması planını, vahid təhsil məkanının formalaşdırılması sahəsində əməkdaşlığa dair Sazişə dəyişiklik edilməsinə dair layihəni müzakirə edəcəklər.

Bundan başqa iclasda MDB dövlətlərinin informasiya texnologiyalarından istifadə olunmaqla törədilən cinayətlərə qarşı mübarizədə əməkdaşlığa dair Konsepsiyası, sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi, 2013-cü il üçün Fəaliyyət Planı nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR