İranda baş verən zəlzələ Azərbaycan ərazisində 3 bala qədər hiss olunub

İranda baş verən zəlzələ Azərbaycan ərazisində 3 bala qədər hiss olunub
# 22 iyun 2016 13:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Naxçıvanda zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4,6, dərinliyi 5 km olub.

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR