Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhər istiqamətinə gələn hissəsində təmir işlərinə başlanılıb

Bakı Dairəvi yolunun Lökbatan dairəsindən şəhər istiqamətinə gələn hissəsində təmir işlərinə başlanılıb
# 13 mart 2015 13:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir.

“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda sözügedən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14 km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb.

Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.

Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar idmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov prospekti, 20 yanvar dairəsi, Moskva prospekti, 20 Yanvar tuneli, Bakı-Sumqayıt yolundan geriyə, Bakı Dairəvi yolu, Bakı-Ələt yolunun 2-14 km hissəsini əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR