Xələf Xələfov Kuba XİN-in idarə rəisi ilə görüşüb

Xələf Xələfov Kuba XİN-in idarə rəisi ilə görüşüb
# 12 aprel 2013 14:08 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkədə səfərdə olan Kuba Xarici İşlər Nazirliyinin Şimali Amerika idarəsinin rəisi xanım Josefina de la Caridad Vidal Ferreiro ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Xələfov iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək bütün sahələrdə, xüsusilə səhiyyə, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.

Ölkədə həyata keçirilən islahatlar, regionda Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr barədə danışan Xələf Xələfov, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu qeyd edib. O, regiondakı iqtisadi fəaliyyətin 80 faizinin Azərbaycanın payına düşdüyünü söyləyib. Regionun davamlı inkişafına başlıca maneə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərən Xələf Xələfov, münaqişənin tarixi, onun nəticələri və 20 il ərzində həll olunmamış qalmasının regiona vurduğu zərər haqda qarşı tərəfə məlumat verib.

Xanım Josefina Ferreiro münaqişə haqda ətraflı məlumata görə minnətdarlıq edərək Azərbaycanın ərazi bütövlüyünün əhəmiyyətini yaxşı başa düşdüklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR