Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyə mobil rabitə sektorunun lideri "Vodafone" şirkətinin abunəçilərinin Ramazan bayramı günlərində ən çox zəng etdiyi və SMS göndərdiyi xarici ölkələrin siyahısı açıqlanıb.
"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumilikdə, "Vodafone" abunəçiləri 4 gün ərzində 823 mln. dəqiqə danışıb, 639 mln. SMS göndərib, 3,9 mln. GB mobil internetdən istifadə edib.
"Vodafone" abunəçilərinin zəng etdiyi və SMS göndərdiyi ölkələrin TOP-10-na Azərbaycan da daxildir.