İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar foto-sərgi təşkil olunacaq

İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar foto-sərgi təşkil olunacaq
# 08 aprel 2015 15:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Türkiyə Cümhuriyyəti Səfirliyi və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar “Savaştan Barışa” adlı foto-sərgi təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşqun, Milli Məclisin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Azərbaycanda Atatürk Mərkəzinin və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi nümayəndələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Sərgidə Çanaqqala zəfərini əks etdirən 60-dan artıq fotoşəkillər nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR