DİN: Cəlilabadda taxıl sahəsində baş verən yanğın zamanı bir nəfər zəhərlənib

DİN: Cəlilabadda taxıl sahəsində baş verən yanğın zamanı bir nəfər zəhərlənib
# 20 iyun 2016 10:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda taxıl sahəsində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 18-də saat 15 radələrində Cəlilabad rayonunun Musalı kəndində kənd sakini Seymur Tanrıverdiyev idarə etdiyi kombaynla taxıl sahəsini biçərkən kombaynın mühərrik hissəsində yanğın baş verib, sonradan yanğın Suluçeşmə, Əliabad və Mollalı kəndlərindəki 10 hektar biçilmiş və 10 hektar biçilməmiş taxıl sahələrini əhatə edib.

Yanğın söndürülüb, tüstüdən zəhərlənən S.Tanrıverdiyevin qardaşı Oqtaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR