Kurt Kalleya Bakıda konsert proqramı ilə çıxış edəcək

Kurt Kalleya Bakıda konsert proqramı ilə çıxış edəcək
# 23 oktyabr 2015 08:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Maltanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən Kurt Kalleya Bakıda “This is the night” adı altında konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, konsert proqramı noyabrın 29-da keçiriləcək.

Konsert zamanı ifaçı sevilən mahnıları ilə yanaşı dünya hitlərinə də müraciət edəcək. Tədbirin qonaqları Diana Haciyeva (DiHaj) və DJ AKG olacaq.

Qeyd edək ki, Kurt Kalleya “Crystal Hall” səhnəsində məhz “This is the night” mahnısını ifa etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR