Azərbaycanın Misirdəki səfiri Efiopiya parlamentinin spikeri ilə görüşüb
08 noyabr 2012 12:17 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev (eyni zamanda Efiopiyada da akkreditə olunub) Əddis-Əbəbəyə səfər çərçivəsində Efiopiya parlamentinin spikeri Abadalla Gemada ilə görüşüb.
Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Ş.Abdullayev Azərbaycanın parlamentarizm tarixi və Şərqin ilk parlamentli respublikasının Azərbaycanda qurulması, 20 illik müstəqillik dövründə Azərbaycanın siyasi-iqtisadi, sosial və digər sahələrdə inkişafı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır fəsadları haqqında Abadella Gemadaya məlumat verərək, iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Spikeri Abadalla Gemada Azərbaycan və Efiopiyanın zəngin tarixə malik olan ölkələr olduğunu qeyd edərək, qədim vaxtlardan iki ölkə arasında əlaqələrin formalaşdığını bildirib. O, bu zəngin tarixi irs əsasında hökumətlərarası əməkdaşlığın davamı kimi, Efiopiyanın Azərbaycan ilə parlamentlərarası əlaqələri də inkişaf etdirməkdə çox maraqlı olduğunu bildirib və qarşılıqlı şəkildə parlamentlərarası dostluq qruplarının yaradılması, parlamentin sədrləri və nümayəndə heyətləri səviyyəsində səfərlərin təşkilinə dair Efiopiya tərəfinin hazırlığını ifadə edib.
Azərbaycanın sürətli inkişafının və əldə etdiyi nailiyyətlərin məmnunluq doğurduğunu deyən Abadalla Gemada artıq Azərbaycanın dünya miqyasında sərmayəçi dövlət kimi tanındığını qeyd edərək, Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət edib və iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini diqqətə çəkib.

Xarici siyasət
Şahbaz Şərif Ceyhun Bayramovla Azərbaycan-Pakistan-Türkiyə formatının gücləndirilməsini müzakirə edib
18:16
30 may 2024
BMT Baş katibinin köməkçisi: ANAMA ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik
18:11
30 may 2024
Polineziyalı siyasətçi: Azərbaycanın neokolonizmdən əziyyət çəkən xalqlara dəstəyini yüksək qiymətləndiririk
17:55
30 may 2024
Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
16:56
30 may 2024