Baş nazirin müavini Əli Həsənov İran və Rusiyanın Azərbaycandakı səfirlərini ittiham edib - FOTOSESSİYA

Baş nazirin müavini Əli Həsənov  İran və Rusiyanın Azərbaycandakı səfirlərini ittiham edib - <font color=red>FOTOSESSİYA</font>
# 18 may 2012 10:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komistəsinin sədri Əli Həsənov İranın və Rusiyanın Azərbaycandakı səfirlərini Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 ili ilə bağlı keçirilən anım tədbirinə qatılmamaqda, Azərbaycan torpaqlarının işğalının ildönümü tədbirlərinə biganə yanaşmaqda suçlayıb. APA-nın xəbərinə görə, Laçın rayonunun işğalının 20 ili münasibətilə keçirilən “Laçınsız...” filminin təqdimatında çıxış edən Ə. Həsənov dəvət olunmalarına baxmayaraq Rusiya səfirinin nə özünün, nə də nümayəndəsinin tədbirdə iştirak etmədiyini, İran səfirinin isə ancaq nümayəndəsinin iştirak etdiyini bildirib.

Ə. Həsənov bildirib ki, hər il işğal olunmuş rayonların işğalının anım mərasimlərinin formatını dəyişmək lazımdır: “Ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırmaq, böyüyən nəslə erməni vəhşiliklərini göstərmək, mili vətənpərvərlik hissini gücləndirmək olar. Amma işğal günündə insanlarımızın başına gətirilən əzab-əziyyətləri, meyitlərin başına açılan oyunları göstərməkdən uzaqlaşmaq lazımdır. Ümumiyyətlə, işğal günləri ağlayıb-sızıldamaqdan kənarlaşmaq lazımdır”.

Tədbirdə şəhid övladı, 1 yaşında anası ilə birilikdə ermənilərə əsir düşmüş, əsirlikdə anasını itirmiş və ermənilərin qeyri-insani davranışı nəticəsində görmə qabiliyyətini tamamilə itirmiş Nurlanə Nursuzun Ermənistan prezidenti Serj Sərkisyana müraciəti səslənib. Toplantıda həmçinin laçınlı məcburi köçkünlər tərəfindən Laçın rayonun Ermənistan tərəfindən işğalının 20 ili əlaqədar BMT-yə, Avropa Şurasına, ATƏT-ə və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciəti qəbul olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR