Mağazalarda satılan konservləşdirilmiş məhsullar yoxlanılacaq

Mağazalarda satılan konservləşdirilmiş məhsullar yoxlanılacaq
# 30 aprel 2012 12:15 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mağazalarda satılan konservləşdirilmiş zeytun, turşu və digər konserv məhsullarını yoxlayacaq. Bu barədə APA-ya RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, monitorinq zamanı həmin məhsulların istehsalında sterilizasiya qaydalarına əməl edilməsi, təhlükəsizlik və fiziki-kimyəvi göstəriciləri araşdırılacaq. İ. Abdullayev monitorinqə yaxın zamanlarda başlanacağını deyib.

Qeyd edək ki, RGEM hazırda mağazalarda satılan uşaq qidalarının monitorinqini aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR