Neftçala sakini sirkə turşusundan, Abşeron sakini isə dərmandan zəhərlənərək ölüb

Neftçala sakini sirkə turşusundan, Abşeron sakini isə dərmandan zəhərlənərək ölüb
# 12 iyul 2012 11:57 (UTC +04:00)
Bakı-APA. Neftçala və Abşeron rayon sakinləri zəhərlənərək ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 11-də Neftçala rayonunun Cəngən kənd sakini Xankişi Manafov evində səhvən sirkə turşu içdiyindən zəhərlənərək dünyasını dəyişib.
İyulun 11-də Abşeron rayonunun Çaylı kənd sakini Nicat Rzayev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. N. Rzayev orada ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR