“Dövlət Əmək Müfəttişliyi Xidmətinə Dəstək” Tvinninq layihəsinin rəhbər komitəsinin dördüncü iclası keçirilib - FOTO

“Dövlət Əmək Müfəttişliyi Xidmətinə Dəstək” Tvinninq layihəsinin rəhbər komitəsinin dördüncü iclası keçirilib - <font color=red>FOTO</font>
# 06 iyun 2012 14:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Avropa Birliyinin (AB) «Azərbaycan Respublikasında Təhlükəsiz və Sağlam Əmək Şəraitinin (TSƏŞ) təkmilləşdirilməsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) Dəstək» Tvinninq layihəsinin rəhbər komitəsinin dördüncü iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Dövlət Əmək Müfəttişliyi Xidmətinin, AB-nin Azərbaycandakı nümayəndəliyinin, Almaniyanın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Tvinninq layihəsinin nümayəndələri, sosial tərəfdaşlar iştirak ediblər.
Rezident Tvinninq Məşvərətçisi Karl Kuhn, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Kristof Kasillas layihənin icrası ilə bağlı olaraq ötən üç ay ərzində müvafiq qanunvericilik sisteminə dəyişikliklərin edilməsi, təlimlərin keçirilməsi, Polşa və Almaniyada müfəttişlərin ixtisasartırma kurslarında iştirak etməsi, TSƏŞ üzrə Üçtərəfli Sosial Şuranın yaradılması və s. istiqamətlərdə görülən işləri ətraflı təhlil ediblər. Bütün iştirakçılar layihənin icrasını yüksək qiymətləndiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR