Azərbaycandakı mobil rabitə operatorlarının gəlirləri son bir ildə 14% artıb

Azərbaycandakı mobil rabitə operatorlarının gəlirləri son bir ildə 14% artıb
# 19 mart 2012 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının gəlirləri 121,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə mobil rabitə operatorlarının gəlirləri 14% artıb.

Ümumiyyətlə, hesabat dövründə informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 195,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 14,1% çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,8% təşkil edib.

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 62,2%-i mobil telefon rabitəsindən yaranıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR