Bakıda “İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi” keçirilir

Bakıda “İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi” keçirilir
# 27 aprel 2012 12:49 (UTC +04:00)
Bakı – APA. İSESCO və Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə aprel ayının 27-28-də Bakıda “İslam dünyası gənclərinin klassik musiqi ifaçılarının 1-ci beynəlxalq müsabiqəsi” keçirilir. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20 yaşınadək gənclərin qatılacağı müsabiqədə 28 ölkədən (Türkiyə, Misir Ərəb Respublikası, Mərakeş, Küveyt, Qazaxıstan, Özbəkistan, Rusiya (Tatarıstan), Azərbaycan və s.) istedadlı gənclər finala çıxmaq uğrunda iki yaş qrupu üzrə beynəlxalq münsiflər heyəti qarşısında çıxış edəcəklər.

Qeyd edək ki, yarış Bakı Musiqi Akademiyasının iştirakı ilə, “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilir.

Finalçıların Qala-konserti və qaliblərin mükafatlandırılma mərasimi 2012-ci ilin aprel ayının 28-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR