Gədəbəyin Əlismayıllı kəndinin su təchizat sistemi Yaponiya hökumətinin vəsaiti hesabına yenidən qurulub

Gədəbəyin Əlismayıllı kəndinin su təchizat sistemi Yaponiya hökumətinin vəsaiti hesabına yenidən qurulub
# 10 avqust 2012 12:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Sabah Gədəbəyin Əlismayıllı kəndində su təchizatı sisteminin tikintisinin başa çatması münasibətilə açılış mərasimi keçiriləcək. APA-nın Qərb bürosunun məlumatına görə, Yaponiya kəndin su təchizatı sistemi Yaponiya səfirliyinin ayırdığı qrant layihəsi hesabına yenidən qurulub. Yaponiya hökuməti bu məqsədlə ümumilikdə 99607 dollar qrant ayırıb. Su təchizatı sisteminin yenidən qurulması 1500 nəfər əhalisi olan Əlismayıllı kəndində içməli suya tələbatı ödəmiş olacaq. Qeyd edək ki, səfirlik bundan əvvəl Gədəbəyin Çay Rəsullu kəndində məktəbin tikilməsinə, Düz Rəsullu kəndində isə tibb məntəqəsinin inşasına qrant yardımı ayırıb. Sabah Əlismayıllı kəndində keçiriləcək açılış mərasiminə Yaponiyanın Azərbaycandakı səfiri Suşuke Vatanabe də qatılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR