“Brainpool” şirkəti “Bakı Kristal Zalı"nda fəhlənin yaralanması ilə bağlı açıqlama yayıb
02 may 2012 11:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Brainpool” şirkəti “Bakı Kristal Zalı"nda fəhlənin yaralanması ilə bağlı açıqlama verib. APA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Azərbaycanda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsi üçün “Bakı Kristal Zalı”nda aparılan hazırlıqlar zamanı “Brainpool” şirkətinin səhnədə işləyən işçisi mayın 1-də xəsarət alıb. Hadisə arenada böyük taxta parçaları düşən zaman baş verib. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və ona tibbi baxış keçirilib. Yaralının qohumları dərhal hadisə ilə bağlı məlumatlandırılıb və o, hazırda özünü yaxşı hiss edir.
“Brainpool” şirkətinin rəhbəri Yorq Qraboş xəstənin tezliklə sağalması üçün çalışdıqlarını bildirib. “Hadisə araşdırıldı və belə nəticəyə gəlindi ki, bu, bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq baş verib. Təhlükəsizlik bizim hər zaman əsas prioritetimiz olub”, - deyə Yorq Qraboş bildirib.
Qeyd edək ki, baş vermiş hadisə nəticəsində Almaniya vətəndaşı, 1989-cu il təvəllüdlü Tulu Conotman Frendi xəsarət alıb.

Mədəniyyət siyasəti
Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat mayın 22-də başa çatacaq
16:44
14 may 2024
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
20:26
13 may 2024
Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
18:45
10 may 2024
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
14:49
10 may 2024