Masazır qəsəbəsində 8-ci sinif şagirdi intihar edib

Masazır qəsəbəsində 8-ci sinif şagirdi intihar edib
# 02 aprel 2012 10:12 (UTC +04:00)
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 31-də Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 14 yaşlı Ədalət Bəhruz oğlu Rəsulov yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə məlumat verilmir. Ə. Rəsulov orta məktəbin 8-ci sinif şagirdi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR