Çexiyanın iqtidar partiyası hökumət koalisiyasından çıxıb

Çexiyanın iqtidar partiyası hökumət koalisiyasından çıxıb
# 23 aprel 2012 23:54 (UTC +04:00)
Bakı-APA. Çexiyada hökumət böhranı erkən parlament seçkiləri ilə qurtara bilər: baş nazir Petr Neçasın başçılıq etdiyi Vətəndaş Demokrat partiyası digər siyasi qüvvələrlə hökumət qurmaq barədə imzalanmış koalisiya müqaviləsinin qüvvədən düşdüyünü bəyan edib.

Çexiyanın hökumət koalisiyasına Vətəndaş Demokrat, TOR 09 və «İctimai işlər» partiyaları daxildirlər.

Bu həftə Çexiya parlamentində hökumətə etimad barədə səsvermə keçirilməlidir. Əgər hökumət deputatların etimadını qazanmasa, parlament buraxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR