Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq 1,7% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq 1,7% enib
# 12 iyun 2012 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 411 bəndədək, S&P 500 1,3% - 1 309 bəndədək, Nasdaq isə 1,7% - 2 810 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər təsir edib. Belə ki, Avropa İttifaqı İspaniyaya 100 mlrd. avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib, lakin investorlar arasında bunun ölkədə və ümumiyyətlə Avropada borc böhranını dayandırmağa qadir olması ilə bağlı əminlik yoxdur.

Avropa fond bazarlarında iyunun 11-də FTSE 100 indeksi 0,1% - 5 432 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 6 141 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,3% - 3 043 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 595,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2500 (-1,0%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR