CAR şirkəti yeni zirehli nəqliyyat vasitəsi hazırlayıb - FOTO

CAR şirkəti yeni zirehli nəqliyyat vasitəsi hazırlayıb - <font color=red>FOTO</font>
# 18 sentyabr 2012 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti “Marauder” sinfindən “Marauder Patrol” adlı yeni zirehli nəqliyyat vasitəsi hazırlayıb. Bu barədə APA-ya “Paramount Group” şirkətindən məlumat verilib.

CAR-ın paytaxtı Pretoriya şəhərində sentyabrın 19-dan 23-dək davam edəcək AAD-2012 sərgisində ilk dəfə nümayişə çıxarılacaq yeni nəqliyyat vasitəsi yüksək manevrliyə və qorumaya malikdir. Yeni maşın şirkətin istehsalı və Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələrində silahlanmaya qəbul edilmiş “Marauder”in bazasında hazırlanıb. Çətin şəraitlər üçün hazırlanmış “Marauder Patrol” hərbi, polis və xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulur.

“Marauder Patrol”un zirehi heyəti 7.62 və 5.56 mm güllələrdən, M26 tipli qumbaralardan müdafiə etməklə, STANAG Level 1 səviyyəsinə cavab verir. Bu ballistik qorumanı maşının performansına təsir göstərmədən STANAG Level 2 səviyyəsinə çatdırmaq mümkündür.

Nəqliyyat vasitəsinin 4, 5, 8 və 9 nəfər heyəti daşıya bilən modelləri mövcuddur və üzərinə müxtəlif silahlar inteqrasiya oluna bilir. Maşının çəkisi 2950 (4 qapı) və 3450 kq (5 qapı), yerdən hündürlüyü 235 mm, sürəti 120 km/saat, birbaşa mənzili 800 kilometrdir.

Qeyd edək ki, bu günədək Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Paramount Group” şirkətindən 110 ədəd “Marauder” (55 ədəd) və “Matador” (55 ədəd) tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin Bakıda istehsalına dair lisenziya alıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR