Əbülfəs Qarayev Bakıda səfərdə olan xarici reklam mütəxəssisləri ilə görüşüb

Əbülfəs Qarayev Bakıda səfərdə olan xarici reklam mütəxəssisləri ilə görüşüb
# 30 mart 2012 10:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı beynəlxalq elmi-praktiki Konfransının iştirakçıları ilə görüşüb. APA-nın məlumatına görə, görüşə konfrans iştirakçılarından CAR nümayəndəsi Emie Heath, Rusiya nümayəndəsi Vladimir Evstafiyev, Gürcüstan nümayəndələri Xatuna Nozadze və David Shimşilaşvili qatılıb.

Ə. Qarayev Bakıda keçirilən bu konfransı yüksək qiymətləndirib və müsbət nəticənin əldə olunacağını qeyd edib. Nazirin sözlərinə görə, Azərbaycanda baş verən yenidənqurma, sosial-iqtisadi sıçrayış və hərtərəfli intibah reklam sahəsinin müasir əsaslarını formalaşdırmaqla yanaşı, reklamçılığın genişlənməsinə və təkmilləşməsinə geniş imkanlar açaraq səmərəli mühit yaradıb. Nazir eləcə də bu sahədə çatışmazlığı da mütəxəssislərin nəzərinə çatdıraraq, onların fikirlərini dinləyib. Rusiyadan olan reklam mütəxəssisi Vladimir Evstafiyev reklamçılıq sahəsinin inkişafı üçün Azərbaycan reklamçılarının beynəlxalq reklam forumlarında iştirakının vacibliyini vurğulayıb. David Shimşilaşvili ölkədə, əsasən də paytaxt Bakıda inkişafı qeyd edərək, bu baxımdan yaxın gələcəkdə reklamçılıq sahəsində də inkişafa nail olunacağına əminliyini ifadə edib. Görüşdə qarşılıqlı təkliflər dinlənilib və bu ideyaların həyata keçirilməsi üçün müəyyən tədbirlərin keçiriləcəyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR