Anjelina Coli BMT-nin qaçqınlar üzrə xüsusi səfiri təyin olunub
17 aprel 2012 15:13 (UTC +04:00)
APA-nın məlumatına görə, aktrisa formal olaraq BMT-nin Qaçqınlarla İş üzrə Komissarlığının rəhbəri Antonio Quterresin rəhbərliyi altında işləyəcək. BMT-dən bildiriblər ki, Anjelina Coli son illər aktiv şəkildə dünya ölkələrinə səyahət edərək bədbəxtliklə üzləşmiş insanlara kömək edir. Buna görə də BMT Anjelina Colinin səlahiyyətlərini artırmaq qərarına gəlib. Aktrisa yeni vəzifədə müxtəlif ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirəcək, təkcə xeyriyyəçiliklə deyil, diplomatiya ilə də məşğul olacaq. Xatırladaq ki, Anjelina Coli buna qədər on ildən artıqdır ki, BMT-nin xoşməramlı səfiri statusu daşıyırdı.
Amerika
Bayden: “ABŞ İraqın nüvə silahına malik olduğuna inanmaqla səhv edib”
06:29
9 may 2024
Pentaqon “HIMARS” istehsalı üçün 861,3 milyon dollarlıq müqavilə imzalayıb
04:26
9 may 2024
Bayden: “İsrail bombaları Qəzzada dinc insanların ölümünə səbəb olub”
03:22
9 may 2024
ABŞ İsrail ordusuna aviabombaların göndərilməsini dayandırıb
12:45
8 may 2024