Samur-Abşeron kanalında boğulan Siyəzən sakininin meyiti sudan çıxarılıb

Samur-Abşeron kanalında boğulan Siyəzən sakininin meyiti sudan çıxarılıb
# 18 iyul 2012 13:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Siyəzən sakini Samur-Abşeron kanalında boğulub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində insan meyiti aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Meyit nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı cəsədi tapılan şəxsin, 1940-cı il təvəllüdlü Əlifəddin Seyfəddin oğlu Şıxıyev olduğu müəyyənləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR