Azərbaycanın Тürkiyədəki səfirliyi Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırıb

Azərbaycanın Тürkiyədəki səfirliyi Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırıb
# 18 fevral 2012 20:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Türkiyənin müxtəlif şəhərlərində silsilə tədbirlər keçirməyi planlaşdırıb.
Azərbaycan səfirliyindən APA-ya verilən xəbərə görə, sözügedən silsilə tədbirlər çərçivəsində cari ilin 20-28 fevral tarixləri arasında Giresun şəhərində Giresun Univesitetində; Hatay şəhərində Mustafa Kamal Universitetində; Əlazığ şəhərində Fırat Universitetində; Ankara şəhərində Qazi, Orta Doğu Texniki və Hacettepe Universitetlərində konfrans, sərgi, teatr və sənədli film nümayişi nəzərdə tutulub.
Bu ilin 26 fevral tarixində Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetinin böyük konsert Zalında Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Yusif Mirişlinin bəstələdiyi “613” adlı əsəri ilk dəfə olaraq səsləndiriləcək. Ayrıca Fərhad Bədəlbəylinin “İki qadının duası” əsərinin və Qara Qarayevin müxtəlif əsərlərinin də konsertdə səsləndirilməsi nəzərdə tutulub.
Cari ilin 28 fevral tarixində TBMM-də Xocalı Soyqırımı ilə bağlı Funda İyce Tuncelin qələmə aldığı rəsm əsərlərindən ibarət sərginin də təşkil olunması planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR