İrana taxıl idxalında problem yaranıb
04 fevral 2012 15:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran İslam Respublikasına taxıl məhsulları idxalında problem yaranıb. Fevralın 2-də İrana taxıl məhsulları gətirən 5 yük gəmisi malı boşaltmadan İmam Xomeyni limanını tərk edib. APA-nın məlumatına görə, buna səbəb Avropa Birliyinin İranın Mərkəzi Bankına və digər banklarına tətbiq etdiyi sanksiyadır. Belə ki, İran bu ölkəyə taxıl məhsullarını idxal edən şirkətlərə məhsulun pulunu ödəyə bilmir. Bu baxımdan gəmilər gətirdikləri malın pulunu ala bilmədiklərinə görə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapura qayıdıb. Ümumilikdə son üç həftə ərzində İrana taxıl məhsulları gətirən 10 yük gəmisinin eyni səbəbdən bu ölkənin limanlarını gətirdikləri yüklə birlikdə tərk etdikləri bildirilir. Hazırda isə 10 yük gəmisinin İran tərəfi pulu ödəyə bilmədiyinə görə bir müddətdir bu ölkənin limanlarında lövbər saldığı və onlara malı boşaltmağa icazə verilmədiyi qeyd olunur.
Qeyd edək ki, İran banklarına sanksiya tətbiq edildiyindən son günlər bu ölkəyə şəkər tozu idxalında da problem yaranıb.
Qeyd edək ki, İran banklarına sanksiya tətbiq edildiyindən son günlər bu ölkəyə şəkər tozu idxalında da problem yaranıb.
Asiya
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub
16:35
21 may 2024
İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib
15:29
21 may 2024
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB
15:20
21 may 2024
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var
14:38
21 may 2024